AZ

Tramp: "Qətərlə ehtiyatlı davranın" | VİDEO

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatındakı Moristaun Hava Limanında jurnalistlərə açıqlama verərkən dilə gətirib. Jurnalistlərdən biri ondan"İsrailin keçən həftə Qətərdə HƏMAS liderlərinə hücumu ilə əlaqədar Baş nazir Benyamin Netanyahuya mesajınız varmı?"soruşub.

"Mesajım budur ki, gərək həddən ziyadə diqqətli davransınlar. Onlar HƏMAS-a qarşı, əlbəttə, tədbir görməlidirlər, amma Qətər isə ABŞ-nin böyük müttəfiqidir",– ABŞ lideri vurğulayıb.

Cümə günü Qətərin Baş naziri Məhəmməd Əbdürrəhman Əl-Sani ABŞ-yəsəfəriçərçivəsində Donald Trampla görüşüb. Prezident nahar süfrəsində ikən onu"gözəl insan"adlandırıb.

Xatırladaq ki, ötən günlərdə İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb.

Məlumat üçün bildirək ki, hər iki ölkə:Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqlərisayılır.

Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.

Firudin Həmidli
AzVision.az
Seçilən
15
1
azvision.az

2Mənbələr