"Mesajım budur ki, gərək həddən ziyadə diqqətli davransınlar. Onlar HƏMAS-a qarşı, əlbəttə, tədbir görməlidirlər, amma Qətər isə ABŞ-nin böyük müttəfiqidir",– ABŞ lideri vurğulayıb.
Cümə günü Qətərin Baş naziri Məhəmməd Əbdürrəhman Əl-Sani ABŞ-yəsəfəriçərçivəsində Donald Trampla görüşüb. Prezident nahar süfrəsində ikən onu"gözəl insan"adlandırıb.
Xatırladaq ki, ötən günlərdə İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb.
Məlumat üçün bildirək ki, hər iki ölkə:Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqlərisayılır.
Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.
Reporter: What is your message to Netanyahu about strikes on Qatar?
— Acyn (@Acyn) September 14, 2025
Trump: They have be very careful. They have to do something about Hamas. But Qatar has been a great ally to the US. A lot of people don’t know that. pic.twitter.com/HyfZlLN1Ab
Firudin Həmidli
AzVision.az