Sabirabad rayon prokurorluğunun məlumatı
Sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonunMoranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanıhəmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdənöldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda CinayətMəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.