AZ

Sabirabadda həmkəndlisini öldürən şəxs tutulub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
11
azertag.az

10Mənbələr