EN

Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO

Xəbər verdiyimiz kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Avanesyan qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

 

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. "Unikal" xəbər verir ki, sözügedən erməni bir müddət öncə "mən azərbaycanlıyam" deməsi ilə gündəmə gəlmişdi.

 

Belə ki, Baku TV ötən ilin mart ayında K.Avanesyandan müsahibə alıb. Burada o, guya separatçı rejimi heç vaxt qəbul etmədiyini, Azərbaycan vətəndaşı olduğunu deyir. Maraqlısı da budur ki, o, müsahibəni Azərbaycan dilində verib.

 

Hər sözündə yalan olan bu erməni gerçək yaşını da gizlətməyi unutmayıb.

 

Tarix: 15 Sentyabr 2025, 10:21   
Chosen
80
11
pravda.az

10Sources