Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistanın qarşısına qoyduğu tələblər bir-bir yerinə yetirilir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib.
Deputat Azərbaycanla yanaşı, Türkiyənin də münasibətlərin normallaşması üçün bir sıra tələblərinin olduğunu qeyd edib:
Vardanyan bu tələbləri aşağıdakı kimi sırlayıb:
- Azərbaycan Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi, artıq proses başlayıb.
- Türkiyə “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib. İrəvan bunu bir kənara atıb.
- Türkiyə Ağrı dağı ilə bağlı addımların atılmasını tələb edib, artıq bununla bağlı kampaniya başlayıb. Ağrı ilə bağlı simvollar mümkün yerlərdən yığışdırılır.
- Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edib. Bu məsələ də həllini tapıb.
- Azərbaycan sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsini tələb edib. Məsələ razılaşdırılıb.
- Azərbaycan Ermənistan ordusunun ixtisar edilməsini də tələb edib, həyata keçirilir.