AZ

Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - Vardanyan

Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistanın qarşısına qoyduğu tələblər bir-bir yerinə yetirilir.

Olaylar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib.

Deputat Azərbaycanla yanaşı, Türkiyənin də münasibətlərin normallaşması üçün bir sıra tələblərinin olduğunu qeyd edib:

Vardanyan bu tələbləri aşağıdakı kimi sırlayıb:

- Azərbaycan Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi, artıq proses başlayıb.

- Türkiyə "erməni soyqırımı" məsələsinin beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib. İrəvan bunu bir kənara atıb.

- Türkiyə Ağrı dağı ilə bağlı addımların atılmasını tələb edib, artıq bununla bağlı kampaniya başlayıb. Ağrı ilə bağlı simvollar mümkün yerlərdən yığışdırılır.

- Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edib. Bu məsələ də həllini tapıb.

- Azərbaycan sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsini tələb edib. Məsələ razılaşdırılıb.

- Azərbaycan Ermənistan ordusunun ixtisar edilməsini də tələb edib, həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
6
olaylar.az

7Mənbələr