EN

Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli hərbi təlimlərə başlayıb

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan gələn təhdidlərə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş üçtərəfli hərbi təlimlərə başlayıb.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, “Freedom Edge” adlanan hərbi təlim sentyabrın 15-dən 19-dək Cənubi Koreyanın Ceju adasının şərqində və cənubunda beynəlxalq sularda keçiriləcək.

Qeyd olunur ki, təlimlər zamanı raketdən müdafiənin effektivliyinin artırılması, həmçinin hava hücumundan müdafiə, tibbi təxliyə və ələ keçirmə əməliyyatları üzrə təlimlər keçiriləcək.

İlahə QənbərliMissiya.Az

Chosen
54
missiya.az

1Sources