EN

Sabirabadda qətl hadisəsi - saxlanılan var

Sabirabadda 42 yaşlı şəxsin qətlində şübhəli bilinən şəxs tutulub.

Ekologiya.az bu barədə Sabirabad Rayon Prokurorluğunun məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Chosen
18
23
ekologiya.az

10Sources