EN

Tbilisi aeroportunda 20 kiloqrama yaxın marixuana aşkarlandı, əcnəbi saxlanıldı

TBİLİSİ, 15 sentyabr. TELEQRAF

Tbilisi beynəlxalq hava limanında narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 1988-ci il təvəllüdlü İ.S. adlı xarici ölkə vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirlyindən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbidən 34 bağlamada 19 kiloqram 400 qram narkotik vasitə olan marixuananı maddi sübut kimi götürüblər.

Həmin şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və xüsusilə külli miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz idxalında ittiham olunur. Bu cinayət əməli 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Faktla bağlı istintaq davam etdirilir.

Chosen
19
teleqraf.com

1Sources