Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Region Liqasının qalibi olaraq II Liqaya vÉ™siqÉ™ qazanan "XankÉ™ndi" debütant olmasına baxmayaraq, çempionata É™la baÅŸlayıb. TürkiyÉ™li mütÉ™xÉ™ssis İbrahim Uzuncanın baÅŸ məşqçisi olduÄŸu komanda ilk turda "Dİnamo"nu 4 cavabsız qolla məğlub etmiÅŸdisÉ™, bazar günü "Quba"ya eyni aqibÉ™ti yaÅŸatdı.Â
Qarabağ təmsilçisinin gənc yarımmüdafiəçisi Adəm Topalov Fanat.Az-a açıqlamasında uğurlu startla bağlı fikirlərini bölüşüb:
"Ardıcıl iki oyunda da 4:0 hesablı qələbə qazandıq. Kənardan elə görünə bilər ki, asan qalibiyyət əldə etmişik. Ancaq bu, belə deyil. Rəqiblərimiz də elə bizim qədər qələbə qazanmağa çalışırlar. Sadəcə, komandamız daha təcrübəli oyunçulardan qurulduğuna, xüsusilə ön xəttimizdə vuran ayağı olan futbolçular yer aldığına görə ələ düşən imkanları qola çevirə, üstünlük əldə edə bilirik. İrəlidə çoxlu oyunlarımız olacaq. Rahatlaşmaq olmaz. Baş məşqçimiz bunu dönə-dönə tapşırıq. Oyundan-oyuna daha yaxşı yaxşı performans göstərməyə çalışacağıq. Özümə gəlincə, "Xankəndi"nin ən gənc oyunçusuyam. Sağ olsun, çalışdırıcı mənə şans verir. Onun etimadını doğrultmağa çalışıram. Düzdür, ilk turlarda bir qədər həyəcan var idi. Tədricən o hissi kənara qoyub daha yaxşı oynamağa, komandama faydalı olmağa, təcrübəli futbolçularımızdan öyrənməyə çalışacağam".
Qeyd edək ki, "Xankəndi" 3-cü turda "Ağstafa Gəncləri"nin qonağı olacaq.
MiraÄŸaÂ
AbunÉ™ Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.