EN

Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb

Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə “Azərbaycanda təhsilin inkişafı və təhsil siyasəti”, “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”, “Milli təhsilin uğurları və hədəfləri”, “Süni intellekt təhsil prosesində” və digər mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar və kitablar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı, Milli təhsil strategiyası, Heydər Əliyev Fondunun ölkəmizin təhsil sahəsində fəaliyyəti, təhsilin inkişafına göstərilən diqqət və qayğı, görkəmli pedaqoqlar və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Chosen
19
1
sia.az

2Sources