EN

Estoniya: Avropanın müdafiəsi hələ zəifdir - ÖZƏL

Estoniyanın baş naziri Kristen Mixal Avropanın müdafiə imkanlarının inkişafı ilə bağlı bəyanat verib. Olaylar.az xəbər verir ki, o bildirib ki, Rusiya bütün normal dövlətlər üçün ciddi təhlükədir və Avropa bu təhlükəyə qarşı dayanıqlı hərbi güc yaratmaq prosesində hələ yalnız başlanğıc mərhələsindədir..Baş nazir Avropa ölkələrini - xüsusilə NATO müttəfiqlərini  birgə silah alışı həyata keçirməyə çağırıb. O, həmçinin Ukraynanın bərpasına dəstək məqsədilə dondurulmuş Rusiya dövlət aktivlərindən 200 milyard avroyadək vəsaitin müsadirə edilməsini təklif edib. "Rusiyanın yaratdığı təhlükələr barədə danışanda bizi bir qədər paranoyak hesab edirdilər. Amma indi Baltikyanı, Polşa və Skandinaviya ölkələrinin səsləndirdiyi bütün xəbərdarlıqlar reallığa çevrilib. Rusiya hazırda müharibədən əvvəlkindən daha çox silahlı insana sahibdir. Onlar yüksək maaş alır, döyüş təcrübəsinə malikdir və bəziləri kriminallardır. Bu şəxslər ordularına qayıtmayacaq, dünyanın müxtəlif yerlərində - Avropada, Asiyada, Afrikada müxtəlif gizli və ya hərbi əməliyyatlarda iştirak edəcəklər", - deyə Mixal vurğulayıb.
Onun sözlərinə görə, Avropa hələ Kremlin qarşısını almaq üçün zəruri olan hərbi gücdən uzaqdır: "Avropanın daha güclü olması üçün çox iş görməliyik. Hazırda biz hələ başlanğıcdayıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources