EN

AEBA FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə birgə təlim keçirib (FOTO)

Bakı. Trend:

9-12 sentyabr 2025-ci il tarixlərində Atom Enerjisi üzrəBeynəlxalq Agentliyin (AEBA) Nüvə Təhlükəsizliyi və MühafizəsiDepartamenti Fövqəladə Hallar Nazirliyinin Nüvə və RadiolojiFəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) ilə birgə“Böyük ictimai tədbirlərin nüvə təhlükəsizliyinin həyatakeçirilməsi” mövzusunda təlim keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsindəməqsəd kütləvi tədbirlər, o cümlədən Bakıda keçiriləcək Formula 1Qatar Airways Azərbaycan Qran Prisi zamanı nüvə və radiasiyatəhlükəsizliyinin təmin olunmasına dəstək, əlaqəli qurumlarınəməkdaşlarının nüvə və radiasiya təhlükəsizliyi üzrə nəzəribiliklərinin artırılması, eləcə də “Böyük ictimai tədbirlər üçünnüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxaledilən cihazlardan istifadə qaydaları barədə müvafiq biliklərinverilməsi olub.

Təlimin ilk günü çıxış edən NRFTDA-nın rəisi Murad Paşayevtədbirin əhəmiyyətindən danışıb, bu istiqamətdə göstərilən dəstəyəgörə AEBA-ya təşəkkür edib.

Dinləyici qismində FHN-in aidiyyəti strukturlarınınəməkdaşlarının iştirak etdiyi təlimdə Birləşmiş Ərəb Əmirlikləri vəFransa təcrübəsini təqdim edən AEBA ekspertləri Azərbaycanda böyükkütləvi tədbirlər zamanı nüvə və radiasiya təhlükəsizliyinin təminedilməsini yüksək qiymətləndirdiklərini bildiriblər.

AEBA ekspertləri tərəfindən əməkdaşlara mövzu ilə bağlı genişməlumat verilib, habelə müvafiq cihazlardan istifadə qaydalarıbarədə zəruri təqdimatlar edilib.

İnteraktiv formada keçirilən təlim zamanı suallar ətraflıcavablandırılıb.

Qeyd edilib ki, təlim çərçivəsində AEBA mütəxəssisləri “Formula1 Qatar Airways Azərbaycan Qran Prisi” nin baş tutacağı Bakı ŞəhərHalqasında və “Baku Crystal Hall”da olub, ərazidə radiolojitəhlükəsizliklə bağlı görülən işlərə yerində baxış keçiriblər.

AEBA
AEBA
AEBA
AEBA
AEBA
Chosen
3
11
az.trend.az

10Sources