EN

Tramp Vaşinqtonun merini hədələyib

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerin qeyri-qanuni immiqrasiya məsələlərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ilə əməkdaşlıqdan imtina etməsindən sonra ölkədə fövqəladə vəziyyət tətbiq etməklə hədələyib.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp “Truth Social” səhifəsində yazıb.

Tramp qe4yd edib ki, “tam kriminal qarışıqlığa müdaxilədən” sonra Kolumbiya dairəsi bir neçə həftə ərzində “onilliklər ərzində ilk dəfə olaraq cinayətin olmadığı” ən təhlükəli yerlərdən birindən ən təhlükəsiz yerə çevrilib.

"İzləmək çox xoş idi, lakin indi, radikal sol Demokratların təzyiqi altında, illərdir paytaxtımızın bu qəddar cinayətkar zəbtinə nəzarət edən mer Muriel Bouzer federal hökumətə məlumat verdi ki, Böyükşəhər Polis Departamenti daha təhlükəli qanunsuzların aradan qaldırılması və köçürülməsi üçün ICE ilə əməkdaşlıq etməyəcək" deyə, Tramp yazıb. O, buna imkan verməyəcəyinə söz verib. Tramp, həmçinin fövqəladə vəziyyət elan edəcəyini və lazım gələrsə, onu federallaşdıracağını qeyd edib.

Chosen
29
ikisahil.az

1Sources