Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin edə bilmir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.
O qeyd edib ki, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, amma təcrübə göstərdi ki, bu yanaşma işləməyib:
"Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb".
Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib:
"İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT Ermənistanın müraciətinə cavab verməyib".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.