EN

70 yaşlı Əməkdar artist arzusunu açıqladı: Xalq artisti...

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Əməkdar artist, müğənni Yusif Mustafayevin 70 yaşı tamam olur.

70 yaşlı yubliyar Qaynarinfo-ya əsas arzusunu açıqlayıb:

"Arzularım çoxdur. Arzu tükənsə, insanın ömrü də tükənər. Birincisi, Allahdan özümə sağlam can istəyirəm, sonra da bol ruzi-bərəkət və əmin-amanlıq. Qoy həmişə Azərbaycan ucalarda olsun. İkinci və əsas arzum var, o da Xalq artisti fəxri adına layiq görülmək. Saçlarım səhnədə ağarıb, o saçlara xəyanət etməmişəm. Dövlətə, millətə xidmət etmişəm. Niyyətim odur ki, sağlam canla Allah mənə Xalq artisti fəxri adını almağı nəsib etsin. Və ən başlıcası səbəbkarların könlünə rəhm salsın".

Yusif Mustafayev 70 illik yubileyin bəzi efirlərdə qeyd olunacağını diqqətə çatdırıb. 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
10
qaynarinfo.az

10Sources