AZ

70 yaşlı Əməkdar artist arzusunu açıqladı: "Xalq artisti..."

Bu gün Əməkdar artist, müğənni Yusif Mustafayevin 70 yaşı tamam olur.

70 yaşlı yubliyar Qaynarinfo-ya əsas arzusunu açıqlayıb:

"Arzularım çoxdur. Arzu tükənsə, insanın ömrü də tükənər. Birincisi, Allahdan özümə sağlam can istəyirəm, sonra da bol ruzi-bərəkət və əmin-amanlıq. Qoy həmişə Azərbaycan ucalarda olsun. İkinci və əsas arzum var, o da Xalq artisti fəxri adına layiq görülmək. Saçlarım səhnədə ağarıb, o saçlara xəyanət etməmişəm. Dövlətə, millətə xidmət etmişəm. Niyyətim odur ki, sağlam canla Allah mənə Xalq artisti fəxri adını almağı nəsib etsin. Və ən başlıcası səbəbkarların könlünə rəhm salsın".

Seçilən
1
9
demokrat.az

10Mənbələr