EN

Paşinyan əvvəlki təhlükəsizlik alətlərini səhv olduğunu etiraf etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ordu və hərbi-siyasi ittifaqların ölkənin xarici təhlükəsizliyinin zəifliyinin azaldılmasında əsas vasitə olması barədə təsəvvürlərin səhv olduğunu etiraf edib.

İnterpress.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib.

“Lakin tarix bu formulanın işləmədiyini göstərdi – nə birinci, nə də ikinci halda. Üstəlik, birinci halda – hətta üç dəfə. KTMT Azərbaycanı Ermənistan kimi qardaş ölkə hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi”, – o qeyd edib.

Chosen
22
4
interpress.az

6Sources