EN

15 yaşında “Emmi” qazandı, rekord qırdı

Olay.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

15 yaşında “Emmi” qazandı, rekord qırdı

Britaniyalı 15 yaşlı aktyor Ouen Kuper beynəlxalq “Emmi” televiziya mükafatında rekord qırıb.

OLAY yazır ki, gənc aktyor tarixdə ən gənc “Emmi” mükafatı laureatı olub. O, bu mükafatı “Adoloscence” serialındakı roluna görə qazanıb. Netflix-in layihəsi “Ən yaxşı mini-serial və ya antologiya” kateqoriyası daxil olmaqla daha beş nominasiyada da qalib gəlib.

Serialın süjetinə görə, 13 yaşlı Ceymi (Kuper) ağır cinayətdə şübhəli bilinir. Dörd epizod boyunca tamaşaçılar Ceyminin həbsi, polis bölməsində saxlanması və onunla söhbət aparan uşaq psixoloqu vasitəsilə cinayətin motivlərini, eləcə də qəhrəmanın gözlənilməz tərəflərini izləyirlər.

Filmdə həmçinin Stiven Qrəm, Eşli Volters, Kristina Tremarko və Erin Doerti çəkiliblər. Filmin rejissoru Fil Barantinidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
olay.az

2Sources