Ermənistan ordusunda kriminogen vəziyyət ideologiyanın olmamasının nəticəsidir.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransı zamanı bildirib.
"Aydın ideologiya və anlaşıqlı strategiya olmadan ordu ölkəni və özünü xaosa çevirəcək. Dövlət ordunun müdafiə qabiliyyətini artırmaq üçün ixtisaslı kadrları cəlb etməyə hazırdır. Lakin bu kadrlar dövlətin ideologiyasını bölüşməlidirlər", - o əlavə edib.