EN

Almaniya demokratiyasını türk qoruyacaq

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Federal Konstitusiyanı Mühafizə Xidmətinə (BfV) yeni sədr seçilib.

Modern.az xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, quruma 53 yaşlı vitse-prezident Sinan Selen rəhbərlik edəcək. Bu barədə bu gün daxili işlər naziri əməkdaşlara rəsmi açıqlama verəcək.

Yeni təyinat qurumun yaranmasının 75 illiyinə təsadüf edir. Qeyd edək ki, əvvəlki sədr Tomas Haldenvanq 2024-cü ilin sonunda Bundestaqa seçilmək üçün vəzifəsini tərk etmiş, lakin uğur qazana bilməmişdi.

Sinan Selen 1972-ci ildə İstanbulda anadan olub. Köln Universitetində hüquq təhsili alaraq daxili və məhkəmə siyasəti üzrə ixtisaslaşıb. Almaniya Daxili İşlər Nazirliyi və Federal Cinayət İdarəsində çalışıb, 2019-cu ildən isə BfV-də vitse-prezident vəzifəsini icra edib.

Federal Konstitusiyanı Mühafizə Xidməti Almaniyanın daxili təhlükəsizlik üzrə xüsusi xidmət orqanıdır və Daxili İşlər Nazirliyinə tabedir. Qurumun əsas vəzifələri ölkənin demokratik quruluşuna təhdid yaradan təşkilatları izləmək, əks-kəşfiyyat fəaliyyətini həyata keçirmək, sabotajın qarşısını almaq və məxfi məlumatların sızmasına mane olmaqdır.

Xidmət 1950-ci ildə yaradılıb. 2022-ci ildə onun 4286 əməkdaşı olub, illik büdcəsi isə 440 milyon avro təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
modern.az

2Sources