EN

Sabirabad sakini həmyerlisini qətlə yetirib

Sabirabad rayonunda qətl hadisəsi törədilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Əli Saday oğlu kəndin mərkəzi yolunda aralarında yaranmış münaqişə zəminində, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlunun başını bıçaqla kəsərək qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
2
yeniazerbaycan.com

4Sources