EN

“Azərbaycanda şəhid olan türk əsgərlərinin xatirəsi xalqımız üçün əzizdir” – Emin Həsənli

15 sentyabrın Azərbaycan tarixində mühüm rolu var. 1918-ci ilin mart soyqırımlarını törədən ermənilər Bakıda, Şamaxıda, Qubada, bir çox ərazilərdə minlərlə Azərbaycanını qətlə yetirdi. Şaumyan başda olmaqla bolşevik və daşnak dəstələrinin məqsədi Bakını xarabalığa çevirmək idi.

Bu fikirləri Bakının azad olunmasının 107-ci illiyi münasibəti ilə açıqlama verən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliynin sədri, hərbi ekspert  Emin Həsənli bildirib.

Emin Həsənli 1918-ci ilin 28-ci mayında Xalq Cümhuriyyəti elan edilməsindən sonra Nuru Paşanın  Gəncəyə gəlişini mühüm hadisə hesab edir.

“Nuru Paşanın rəhbərliyi ilə Gəncəyə gələn 12 minlik hərbi birləşmə bolşevik və daşnak birləşmələrinin planlarını pozdu. Azərbaycanın qeyrətli oğulları birləşədi və Qafqaz İslam Ordusu yaradıldı. Bu ordu Gəncədən Bakıya qədər döyüşlər keçirdi və sentyabr ayının 15-də Bakı azad olundu”.

Hərbi ekspert hesab edir ki, Bakının azad olunması çox əhəmiyyətli hadisə idi və 15 sentyabr Azərbaycan tarixində 28 may qədər önəmlidir.

“15 Sentyabrda Bakı azad edilməsə indi tam fərqli bir situasiya ola bilərdi. İndi tam fərqli bir Bakı ola bilərdi. Azərbaycan tarixində oynadığı bu mühüm rola görə, Nuru Paşanın, Azərbaycanda şəhid olan türk əsgərlərinin  xatirəsi xalqımız üçün əzizdir. Onunla birlikdə bu svaşda iştirak etmiş və şəhid olmuş türk əsgərləri həmişə xalqımız tərəfindən sayğı ilə anılır. Bu gün ölkənin müxtəlif yerlərində onların xatirəsinə abidələr ucaldılıb və hər zaman sayğı ilə ziyarət olunur.

İstiqlal Savaşında Azərbaycan və Türkiyə türkləri bircə döyüşdülər. Çanaqqalada Azərbaycan türkləri şəhid oldu. Azərbaycanın azadlıq mübarizəsində də 1130 türk əsgəri şəhid oldu. Onların xatirəsi bizim üçün əzizdir. Bu iki qardaş xalq birlikdə azadlıq mücadiləsi apardı və bu gün də bütün türk dünyasına nümunə olacaq qardaşlıq sərgiləyir.

Azərbaycan şəhidləri. Türk şəhidləri, fərqi yoxdur, vətən uğrunda canından keçən bütün şəhidləri hər zaman hörmət və rəhmətlə anırıq.

Bu önəmli gün rəhbərlik etdiyim “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən də həmişə xüsusi olaraq qeyd edilib. 2001-ci ildə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə birlikdə bir sıra tədbirlər həyata keçirilib. Bakıda, Şamaxıda və digər bölgələrimizdə Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsi və Bakıya zəfər yürüşünün önəmininin gənclərə çatdırılması üçün müxtəlif tədbirlər keçirilib. İldönümləri münasibəti ilə müxtəlif görüşlər, şahmat turnirləri, intellektual yarışlar təşkil olunub. Bu tədbirlərə itirak etmək üçün Türkiyədən qonaqlar dəvət olunub. Eyni zamanda jurnalistlər arasında yazı müsabiqəsi, məktəblilər arasında inşa müsabiqəsi , mehtər bölüyünün Bakıda yürüşü keçirilib. Rəsmi və bədii tədbirlərlə çalışmışıq ki, bu tarixi günü gənc nəslin yaddaşına həkk edək”.

Emin Həsənli Türkiyə-Azərbaycan qardaşlığı çox önəmli olduğunu, yüz ildən artıq keçməsinə baxmayaraq bu gün də bu iki dövlət bir-birinə arxa olduğunu xüsusi vurğulayıb.

“44 günlük Vətən müharibəsində Türkiyə dövləti, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Azərbaycanın mənəvi və siyasi dəstək verdi.

Azərbaycan dövləti də  Türkiyənin ən ağır vaxtında, zəlzələ, meşə yağını, iqtisadi çətinliklər zamanlarda Türkiyənin yanında oldu.  Hər zaman Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır. Ona görə ki, Azərbaycan Dövləti və Türkiyə Cümhuriyyəti qanla qurulub. Hər iki dövlətin qurulması üçün babalarımız birgə qan veriblər, can veriblər, bir-birilərinə mənəvi dəstək olublar. Bu u dəstək sonsuza qədər də davam edəcək. Türkiyə-Azərbaycan Qardaşlığı əbədidir.

Ulu öndər Heydər Əliyev bizi “bir millət ki, dövlət” adlandırıb. Prezidnt İlham Əliyev Azərbaycanı türk dünyasının tərkibi hissəsi adlandırıb və bu istiqamətdə xeyli işlər görülür.

Eyni zamanda Atatürkün dediyi kimi “Azərbaycanın sevincimiz, kədəri kədərimizdir” çağırışına bu gün də Türkiyə dövləti xüsusi önəm və diqqət verir”.

Chosen
12
2
xalqqazeti.az

3Sources