EN

“Hazırda onların maaşı 550 575 manat arasındadır”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Məclisdə həkimlərin və rezidentlərin aylıq maaşı müzakirə olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında danışıb.

“Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli qərarı ilə hər bir təhsil alan rezidentə düşən illik vəsait 5600 manatdan 8600-ə qaldırılıb. Onların aylıq vəzifə maaşı həkimlərin tarif maaşına bərabərdir. Hazırda 550-575 manat arasındadır. Bu da onların dərəcələrinə görə dəyişir. Bildiyiniz kimi, həkimlərin də tarif maaşı 550-700 manat arasındadır”, - deyə şöbə müdiri bildirib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
6
qafqazinfo.az

7Sources