EN

“Basmati” düyüsü Avropa–Hindistan razılaşmasını poza bilər

Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişi Yeni Dehlinin öz düyüsünü “basmati” kimi etiketləmək üçün müstəsna hüquqlar əldə etmək istəyi səbəbindən təhlükə altındadır. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Doğru.az xəbər verir ki, qəzetin mənbələrinə görə, Hindistan “basmati” adından istifadə hüququnu tanıtmaq üçün avropalı danışıqlarçılara təzyiq edir. Lakin bu, Pakistanla diplomatik münaqişəyə yol aça bilər və Brüssel hazırda vaxt udmağa çalışır.

Məlumata görə, Hindistan “basmati” adının Aİ bazarında müstəsna istifadəsi üçün 2018-ci ildə, Pakistan isə 2023-cü ildə müraciət edib. Ərizədə bu düyünün yalnız müəyyən ərazilərdə, o cümlədən İslamabadın nəzarətində olan dörd rayonda becərildiyi qeyd olunub. Aİ müraciəti təsdiqləsə, bu faktiki olaraq Pakistanın həmin torpaqlar üzərində suverenliyinin tanınması demək olacaq ki, nəticədə Hindistanla münasibətlər daha da gərginləşə bilər.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Çin və Hindistandan gətirilən mallara yüksək gömrük rüsumları tətbiqi tələbini rədd etmişdi.

DOĞRU.AZ

Chosen
71
dogru.az

1Sources