Rusiya Sum vilayətinin Boromlyansk icmasında yerləşən aqrotəsərrüfat müəssisəsini raketlərlə vurub. Bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 12 işçi yaralanıb. Hücum zamanı sahədə məhsul toplayan işçilər və kənd təsərrüfatı texnikaları iki raket zərbəsiylə hədəfə alınıb.
Təxminən 30 kənd təsərrüfatı texnikası, o cümlədən traktor və kombaynlar zədələnib.
Prokurorluq və hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçıılarımız da iştirak edə bilər.