EN

Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb

ABŞ Prezidenti Donald Tramp nəhayət Rusiya-Ukrayna müharibəsində Rusiyanı təcavüzkar kimi tanıdı, bu da onun Moskvaya qarşı mövqeyinin sərtləşdiyini göstərir. Bu barədə “Politico” nəşri yazıb.

Nəşr bildirir ki, jurnalistlərlə danışan Tramp Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunaraq deyib: “Bu həftə hər iki ölkədən 8 000 əsgər həlak olub. Rusiyadan bir qədər çox, amma sən təcavüzkarsansa, daha çox itki verirsən.”

Tramp daha əvvəl Rusiyanın işğalını qınamaqdan imtina etmişdi. Onun administrasiyası fevral ayında BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməsinə qarşı çıxaraq Rusiya və Şimali Koreya ilə eyni mövqedə dayanmışdı. Həmçinin, ABŞ G7-nin Rusiyanı təcavüzkar adlandıran bəyanatına da etiraz etmişdi.

Chosen
25
12
anews.az

10Sources