Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim olunub.


Bu barədə Rekord.az-a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.


Bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.


Qeyd edək ki, 2026-cı ildə dünya çempionatına Bakı ev sahibliyi edəcək.