Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim edilib.
Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.
Qeyd edək ki, gələn il sumo üzrə dünya çempionatı Bakıda keçiriləcək.