EN

Gürcüstanda daha bir müxalifət lideri saxlanıldı

TBİLİSİ, 15 sentyabr. TELEQRAF

Gürcüstanın müxalif “Dyişikliklər naminə koalisiya”nın lideri Elene Xoştariya saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, siyasətçi Tbilisi meri vəzifəsinə namizəd Kaxa Kaladzenin seçki banerini zədələməkdə ittiham edilir.

Gürcüstanın Daxili İşlər Nazirliti faktla bağlı araşdırma aparır, ekspertiza ilə vurulmuş zərərin dəqiq məbləği müəyyənləşdirilir.

Qeyd edək ki, E.Xoştariya bir neçə gün öncə banerə “Rusiya arzusu” sözlərini yazıb. O, bu hərəkəti ilə banerə eyni sözü yazdığına görə saxlanılmış Megi Diasamidzeyə dəstək ifadə edib. M.Diasamidze barəsində 2 min lari girov qətimkan tədbiri seçilib.

Chosen
26
teleqraf.com

1Sources