London, 15 sentyabr, AZƏRTAC
İngilis aktyor Ouen Kuper “Emmy” mükafatında qısa serialda ən yaxşı ikinci planda aktyor nominasiyasında qalib gələrək bu mükafatı qazanan ən gənc aktyor kimi tarixə düşüb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 15 yaşlı aktyor “Adolescence” adlı dördseriyalı dramdakı obrazına görə bu nominasiyanın qalibi olub. Çəkilişlər zamanı O. Kuperin cəmi 14 yaşı olub və o, bu roldan əvvəl heç vaxt aktyorluq etməyib. Serial qadınlara qarşı zorakılıq və onlayn təhlükəsizlik mövzusunda ölkə miqyasında müzakirələrə səbəb olub. “Netflix”in uğurlu layihəsi olan “Adolescence” gecəyə damğa vuraraq bir neçə digər nominasiyada da qalib gəlib.
Ouen Kuper çıxışında bir neçə il əvvəl dram dərslərinə başladığını, o zaman heç vaxt ABŞ-a gələcəyini və belə bir səhnədə dayanacağını təsəvvür etmədiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London