“Şimali Atlantika Alyansı de-fakto Rusiya ilə müharibə aparır, çünki Ukraynaya birbaşa və dolayı dəstək göstərir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“NATO həm dolayı, həm də birbaşa şəkildə Ukraynaya yardım edir. Buna görə də tam əminliklə demək olar ki, alyans Rusiya ilə müharibə aparır”, — deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, bu, hər hansı sübuta ehtiyac olmayan açıq-aydın faktdır.
Bizim.Media