EN

“Xaçmaz KOB evi”nin Xudatdakı xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib

2025-ci ilin yanvar-avqust aylarında “Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City” Aqroparkındakı xidmət mərkəzi tərəfindən sahibkarlara 39 minə yaxın xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər. Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir. Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da nəzərdə tutulur.

Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan, operativ və fasiləsiz həllinə imkan verir.

Chosen
18
9
vergiler.az

10Sources