Azərbaycanın II Liqa təmsilçisi "Şəki Siti" yeni transfer reallaşdırıb.
Bunu Fanat.Az-a bölgə klubunun baş məşqçisi Bəhmən Həsənov bildirib.
"Qaradağ Lökbatan"dan ayrılan Təmraz Əmircanov "Şəki Siti" ilə anlaşıb. Artıq yeni komandasının məşqlərinə qoşulan 29 yaşlı yarımmüdafiəçi həftəiçi PFL-ə sifariş olunacaq. Sənədləşmə vaxtında yoluna qoyulsa, onun bölgə təmsilçisində debütü məhz sabiq komandasına qarşı olacaq.
"Şəki Siti" artıq bir müddətdir sıralarına qatdığı daha 2 futbolçunu sifariş edə bilməyib. Söhbət Tahir Zeynalov və Namiq Bağırovdan gedir. Klub rəhbərliyi onların da sifarişini 3-cü turun oyununa qədər yoluna qoymağa çalışır.
Qeyd edək ki, Təmraz Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanovun əmisi oğludur.
Mirağa