EN

Qocalmağı ləngidən inyeksiyanın sınağı

Orqanizmin qocalma prosesini ləngidə bilən eksperimental inyeksiya Çindən olan bir qrup tədqiqatçı alim tərəfindən uğurla sınaqdan keçirilib.

"Cell" jurnalında dərc olunan işin nəticələrində qeyd olunub ki, yaradılan dərman immun sistemini aktivləşdirərək, qocalmış hüceyrələri məhv etməyi hədəfləyir. Üç ay ərzində testlər zamanı beyin, yaddaş, əzələ toxuması, reproduktiv funksiya və bir sıra daxili orqanların vəziyyətində yaxşılaşma qeydə alınıb. Belə effekt isə təxminən yeddiillik "cavanlaşmaya" bərabər hesab olunur.

Qeyd edək ki, elmi iş hələlik erkən mərhələdədir. Alimlər vurğulayırlar ki,  inyeksiyanın təhlükəsizliyini təsdiqləmək üçün daha böyük klinik sınaqlara ehtiyac duyulur.

Ü.Qarayev
XQ

Chosen
24
1
xalqqazeti.az

2Sources