EN

Gəncə şəhərinin su təchizatına baxış keçirildi

28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində təşkil olunacaq III MDB Oyunlarının Gəncə şəhərində keçiriləcəyi nəzərdə tutulan idman obyektləri, mərkəzi küçə və prospektlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.

Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiya üzvləri Xidmətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərliyi ilə Gəncə şəhərində müxtəlif istiqamətlər üzrə infrastruktura baxış keçiriblər.

Sukanal idarəsində texnika və avadanlıqların mövcud vəziyyəti ilə yaxından tanış olan komissiya üzvləri oyunlar ərəfəsində daha çevik və məsuliyyətli davranmağı tövsiyə edilib.

Tahir Xəlilov Xidmətin əməkdaşları ilə söhbət aparıb, problemlərin nədən ibarət olduğunu soruşub. Bu yöndə həm komissiya üzvlərinə, həm də sukanal idarəsinin əməkdaşlarına tapşırıqlarını verib.

“Dəyirmi masa” arxasında davam edən görüşdə III MDB Oyunlarının keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, o cümlədən, infrastrukturun xəritə üzrə vəziyyətinə aydınlıq gətirilib. Qeyd olunub ki, oyunların keçiriləcəyi günlərdə sukanal idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komissiya üzvləri Olimpiya Kompleksində, Gəncə İdman Sarayında, Şəmkir Sutəmizləyici Qurğular Kompleksində, yenidən qurulan Gəncə Stadionunda olublar. Su təchizatı təminatının vəziyyətini yerindəcə yoxlanılıb.

Chosen
53
20
publika.az

10Sources