EN

Türkiyənin hakim partiyası Bakının azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib

Ankara, 15 sentyabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKPartiya) Bakının bolşevik və daşnaklardan azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, müvafiq paylaşım sentyabrın 15-də bu partiyanın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.

Paylaşımda deyilir: “Biz dost və qardaş Azərbaycanı paytaxt Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Qafqaz İslam Ordusunun qəhrəman komandirlərinin və cəsur əsgərlərinin xatirəsini dərin ehtiramla anırıq”.

Ədalət və İnkişaf Partiyası Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” kəlamı işığında bundan sonra da çiyin-çiyinə olacağına əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
38
2
azertag.az

3Sources