EN

Narinen: Ermənilər özlərinə həyatı Qarabağda yox, Ermənistanda tapmalıdır

BAKI, 15 sentyabr. TELEQRAF

“Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və ATƏT də bunu məmnuniyyətlə yerinə yetirdi”.

Teleqraf xəbər verir ki, bunu Finlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen ATƏT-in Minsk qrupunun buraxılması məsələsinə toxunaraq deyib.

“Məncə, Minsk qrupu kifayət qədər uzun müddət fəaliyyətsiz qalan, sadəcə mövcud olan bir struktur idi, amma praktikada, açığını desəm, ondan heç bir alət kimi istifadə oluna bilməzdi”, - səfir bildirib.

Qarabağdan könüllü getmiş ermənilərə gəlincə, Narinen qeyd edib:

“Hesab edirəm ki, bizim onlar üçün edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaq və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqla ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil”.

Chosen
18
3
teleqraf.com

4Sources