Hurriyyet.az xəbər verir ki, "Röyter" agetliyinin məlumatına görə, Rusiya ABŞ və Avropa İttifaqı ilə ticarətdə milyardlar qazanıb.
Agentliyin verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya müdaxiləsindən 3,5 il sonra belə ABŞ ilə Avropa İttifaqı Rusiyadan milyardlarla dollar məbləğində enerji resursları - neft, maye qaz, zənginləşdirilmiş uran, metallar və gübrə almağa davam edirlər.
"Avrostat"ın ("Eurostat") məlumatına görə, 2022-ci ilin birinci rübündən 2025-ci ilin ikinci rübünə qədər Aİ-nin Rusiyaya ixracı 61%, Rusiyadan idxalı isə 89% azalıb. Bununla belə, Aİ Rusiyadan neft, nikel, qaz, dəmir, polad və gübrə almağa davam edir. Ümumi ticarət dövriyyəsi 14,5 milyard avro təşkil edib, bunun 7 milyardı idxal, 7,5 milyardı isə ixrac olub.
ABŞ-da Rusiya mallarının idxalı 2021-ci ilin birinci yarısındakı 14,1 milyard dollardan 2025-ci ilin birinci yarısında 2,5 milyard dollara qədər azalıb. 2022-ci ilin yanvarından Amerika şirkətləri 24,5 milyard dollar dəyərində Rusiya malları alıblar.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Rusiyaya qarşı yeni enerji sanksiyaları tətbiq etməyə hazırdır, lakin bu, yalnız bütün NATO ölkələrinin koordinasiyalı fəaliyyəti ilə mümkün olacaq.
Hürr Tərcüman