EN

Ermənistanda eks-prezidentlərə ittiham irəli sürən keçmiş müstəntiq həbs edilib

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyana qarşı ittiham irəli sürən sabiq müstəntiq Qraçya Muşeqyan həbs edilib.

Herbiand.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu cinayət məhkəməsinin mətbuat katibi Liana Rafaelyan bildirib.

Q.Muşeqyan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı işdə həbs edilib. Hadisə ötən ilin avqustunda baş verib. Müstəntiq sərxoş vəziyyətdə sükan arxasında olub.

Vəzifədən ayrıldıqdan sonra o, vəkillik fəaliyyəti ilə məşğul olub.[Report]

Chosen
30
1
herbiand.az

2Sources