EN

Daşkənddə “təmizlik əməliyyatı”: Atmosferi çirkləndirənlər məsuliyyətə cəlb olunur

BAKI, 15 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust ayları arasında Daşkənddə sənaye müəssisələrinin, istixanaların və atmosferə zərər verə biləcək obyektlərin fəaliyyətinin araşdırılması nəticəsində 1452 müəssisə tədqiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi məlumat yayıb.

Bu müddət gecə saatlarında 174 reyd keçirilib, 281 qanun pozuntusu aşkar edilib, onlardan 179-u aradan qaldırılıb. 154 nəfər barəsində inzibati protokol tərtib edilib, 20 obyektin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı məhkəməyə ərizə verilib.

Bundan əlavə, atmosferə zərər vura bilən obyektlərdə 11 müasir çən, 19 filtr və 12 toztəmizləyici avadanlıq quraşdırılıb.

Həmçinin hər il iki mərhələdə keçirilən “Təmiz hava” aylığının birinci mərhələsində (10 aprel - 10 may) Daşkənddə 40 050 avtonəqliyyat vasitəsi texniki baxışdan keçirilib. Onlardan 586-da atmosferə atılan zərərli qazların miqdarının həddən artıq olduğu müəyyən edilib, çatışmazlıqlar müəyyən olunmuş qaydada aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində atmosferə 4,7 min ton zərərli tullantıların atılmasının qarşısı alınıb. Hazırda Daşkənddə “Təmiz hava” aylığının ikinci mərhələsi (10 sentyabr - 10 oktyabr) keçirilir.

Sənaye müəssisələrindən, sosial sahə obyektlərindən və istixana təsərrüfatlarından atmosferə atılan tullantıların azaldılması məqsədilə Daşkənddə 12 regional işçi qrupu yaradılıb, onlara nazirlik və qurumlardan 150-dən çox mütəxəssis cəlb edilib.

Chosen
23
teleqraf.com

1Sources