EN

KİV: SOCAR "Italiana Petroli"nin neft emalı zavodunu almağa yaxındır

“Italiana Petroli” İtaliyanın ən böyük yanacaqdoldurma məntəqələrindən birinə nəzarəti təmin edəcək sövdələşmə çərçivəsində neft emalı zavodunu SOCAR-a satmağa yaxındır.

Bu barədə Herbiand.azReuters“ə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, son anda dəyişikliklər baş verməsə, müqavilənin bazar ertəsi imzalanması gözlənilir.

Mənbələr sövdələşmənin maliyyə şərtlərinin təfərrüatlarını açıqlamayıblar.

Bildirilir ki, italiyalı Bracchetti-Peretti ailəsi şirkəti təxminən 2,5 mlrd. avro dəyərində qiymətləndirməyə ümid edir. Şirkətin hesablarında 500 mln. avroya yaxın nağd vəsait mövcuddur.

Chosen
24
5
herbiand.az

6Sources