AZ

KİV: SOCAR "Italiana Petroli"nin neft emalı zavodunu almağa yaxındır

Italiana Petroli İtaliyanın ən böyük yanacaqdoldurma məntəqələrindən birinə nəzarəti təmin edəcək sövdələşmə çərçivəsində neft emalı zavodunu SOCAR-a satmağa yaxındır.

Bu barədə “APA-Economics” “Reuters”ə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, son anda dəyişikliklər baş verməsə, müqavilənin bazar ertəsi imzalanması gözlənilir.

Mənbələr sövdələşmənin maliyyə şərtlərinin təfərrüatlarını açıqlamayıblar.

Bildirilir ki, italiyalı Bracchetti-Peretti ailəsi şirkəti təxminən 2,5 mlrd. avro dəyərində qiymətləndirməyə ümid edir. Şirkətin hesablarında 500 mln. avroya yaxın nağd vəsait mövcuddur.

Seçilən
6
5
apa.az

6Mənbələr