EN

Savaşdan sülhə doğru: Zamanın Qarabağ sınağı yeni həyata aparır

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Cənubi Qafqaz uzun illər ərzində regional gərginlik və münaqişələrlə yadda qalıb.

Xüsusilə Qarabağ məsələsi, Azərbaycanın 30 ilə yaxın işğal altında qalması və bu dövrdə baş verən faciələr, həm regionda, həm də beynəlxalq aləmdə diqqət mərkəzində olmuşdur. 2020-ci il müharibəsi və 2023-cü il antiterror əməliyyatları ilə Azərbaycan ərazilərindəki vəziyyət tamamilə dəyişdi. Lakin bütün bu dəyişikliklər fonunda sual yaranır:

Azərbaycan işğaldan sonra regionda sülh və normal münasibətləri necə təmin edə bilər və bu prosesdə qarşı tərəfin mövqeyi nə dərəcədə önəmlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov xatırladıb ki, Azərbaycan 30 ilə yaxın işğalın əziyyətini çəkib:

"Lakin 2020-ci ildə qələbə, 2023-cü ildə isə antiterror əməliyyatı ilə xuntaçı rejimi Qarabağdan tamamilə çıxartdı. Azərbaycan bu prosesi sürətli şəkildə həyata keçirərək, işğalı sadəcə qarşıdurma kimi dəyərləndirmədiyini göstərdi".

Kazım Kazımov: Erməni şovinistləri məsələyə fərqli yanaşırdı

Onun sözlərinə görə, bu gün Qarabağda, o cümlədən, Xankəndidə yaşayan mülki erməni vətəndaşlar Azərbaycan ərazilərində istədikləri kimi həyatlarını davam etdirirlər. Hətta bəzi ermənilər Azərbaycan vətəndaşlığı da qəbul edir. Ölkəmizin digər bölgələrində də belə nümunələr mövcuddur:

"Erməni şovinistləri məsələyə fərqli yanaşırdı. Xocalı soyqırımı və işğal edilmiş ərazilərdə baş verən qırğınlar zamanı onlar xalqımıza qarşı patoloji nifrətini göstərmişdilər. Lakin Azərbaycan heç zaman belə bir düşüncə ilə hərəkət etməyib. İşğal başa çatdıqdan sonra ölkəmiz Cənubi Qafqazda sülhün davamlı olması və münasibətlərin normallaşması üçün addımlar atır".

Həmsöhbətimiz əlavə edib ki, bunu həm dövlət başçımızın Ermənistan rəhbəri ilə görüşlərində, həm də digər demokratik qurumlarla keçirilən toplantılarda görmək mümkündür. Azərbaycan məqsədli şəkildə düşmənçilik ruhunun davam etməməsi və kommunikasiya xətlərinin açılmasının hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərməsi üçün sülhə can atır. Bu istiqamətdə artıq müəyyən nəticələr əldə olunub:

"Doqquz avqustda Vaşinqtonda keçirilən görüş də bunun nümunəsidir",- Kazım Kazımov fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
bakivaxti.az

1Sources