EN

Boşananda böyrəyini geri istədi

Saglamolun saytına istinadən ain.az xəbər verir.

MƏHKƏMƏNİN QƏRARI ONU ŞOKA SALDIAmerikalı cərrah Riçard Batista iki uğursuz transplantasiyadan sonra bir böyrəyini həyat yoldaşı Donnelə bağışlayıb. Bir neçə il həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət etdikdə, Batista böyrəyinin qaytarılmasını və ya 1,5 milyon dollar təzminat tələb edib. Hakim isə vəsatəti rədd edib, çünki qanunla transplantasiya edilmiş orqan hədiyyə sayılır və bütövlükdə onu alan şəxsə məxsusdur. Tibbi etika mütəxəssisləri orqanların pul və ya qiymətli əşyalarla dəyişdirilməsinin qanunsuz olduğunu və Batistanın tələbinin həm qanunsuz, həm də tibbi baxımdan qeyri-mümkün olduğunu vurğulayıblar. Bu iş boşanma prosesində qəribə mübahisələrin necə yarana biləcəyinin məşhur nümunəsi olub.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
saglamolun.az

1Sources