EN

Qırmızıda yolayrıcına girən sürücü qəza törətməkdən son anda xilas oldu REAL VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 77-RG-702 dövlət nömrə nişanlı “KIA Sorento” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığını gözləmədən hərəkət edib və bu vaxt görüntünü qeydə alan maşındakı sürücüyə qəza şəraiti yaradıb.  

Kadrdan da aydın görünür ki, o, sola dönüb yolayrıcına daxil olarkən sağ tərəfdən gələn “KIA” ilə toqquşmaqdan son anda xilas olub.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
avtosfer.az

1Sources