Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qayda pozan piyada görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə sentyabrın 12-də saat 20:28 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, yolun ortasıyla gedən gənc qız sürücülərə təhlükə yaradıb. Hətta ərazidən keçən sürücülərdən biri dəfələrlə siqnal verərək ona xəbərdarlıq edib. Lakin piyada reaksiyasız şəkildə - sürətini artırmadan maşın yoluyla hərəkət edib və sürücüyə tərəf belə baxmayıb.
İzləyicinin sözlərinə görə, qeyd olunan ərazidə bu cür halların tez-tez baş verir. Şikayətçi əlavə edib ki, piyadalar onlara ayrılmış səkilərdən istifadə etməyərək, avtomobillərin hərəkətdə olduğu yolla gedirlər.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.