EN

"Azərbaycanda gələcəklə bağlı böyük ümidlərim var"

"Sabah"ın yayda heyətinə qatdığı legionerlərdən biri də Stiv Solvet oldu.

29 yaşlı müdafiəçi ilk gündən "Sabah"ın əsas heyət üzvünə çevrilməyi bacardı.

Həm avrokuboklarda, həm də Premyer Liqada Valdas Dambrauskas üçün ilk "11-lik"də dəyişməz adlardan biridir.

Adətən əcnəbilərin yeni ölkəyə adaptasiyası bir qədər zaman alır.

Görəsən, qvadelapalı futbolçunun özünü yad məkanda belə erkən rahat hiss etməsi nə ilə bağlıdır?

Solvet Sportinfo.az-a açıqlamasında suala bu cür cavab verib:

"Düzünü desəm, burada çox yaxşı qarşılandım - ilk növbədə komanda yoldaşlarım, məşqçilər və klub rəhbərliyi tərəfindən.

Onlara təşəkkür edirəm. Azarkeşlər də məni yaxşı qarşıladı.

Cəmi bir neçə aydır buradayam və gələcək üçün böyük ümidlərim var".

XANOÄžLAN

Chosen
17
sportinfo.az

1Sources