EN

Xarici ticarət saldosu 3 dəfəyə yaxın azalıb

BAKI, 15 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 32 milyard 118 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ümumi dövriyyənin 53.13 faizi ixracın, 46,87 faizi isə idxalın payına düşüb.

Bu müddətdə ölkədən 17 milyard 65,35 milyon dollarlıq məhsul ixrac edilib, idxal isə 15 milyard 52.65 milyon dollar səviyyəsində olub.

Azərbaycanda xarici ticarətdə müsbət saldo 1 milyard 612.17 milyon dollar təşkil edib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2,7 dəfə azdır.

Chosen
75
teleqraf.com

1Sources